“Qara bazar”da dollar bahalaşdı

“Qara bazar”da dollar bahalaşdı

Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub. Dünən günortadan sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır. 

Hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. 

Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi isə elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, “qara bazar”da 5 minə qədər dollar almaq mümkündür.  //Fins.az

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR