"Qalatasaray"da prezident seçkiləri ləğv edildi


Türkiyənin "Qalatasaray" klubunda mayın 22-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri ləğv olunub.

Aktual.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkiləri eyni səbəbdən təxirə salınmışdı.
Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR