"Qalatasaray" Fernando Muslera ilə müqaviləni uzatdı


Türkiyənin "Qalatasaray” klubu kapitanı Fernando Muslera ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, anlaşmaya əsasən, 35 yaşlı qapıçı daha üç il İstanbul təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib. Uruqvay millisinin üzvü 5 dəfə Türkiyə çempionu olub.
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR