Qafqaz Universiteti bağlandı və lider oldu – ANALİZ

Qafqaz Universiteti bağlandı və lider oldu   – ANALİZ

1415 xəbərlə Qafqaz Universiteti mənfi xəbərlər arasında daha çox yer alıb

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10885 xəbər yerləşdirilib. Bunlardan 532 xəbər mənfi, 62 xəbər müsbət və 10291 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər:

Qafqaz Universiteti (429 xəbər – universitetin bağlanması), Dövlət İqtisad Universiteti (30 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Müəllimlər İnstitutu (20 xəbər – universitetdə olan dəhşətli saxtakarlıq).

Müsbət xəbərlər arasında isə Azərbaycan Kooperasiya Universiteti (17 xəbər – rektorun BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilməsi) liderdir.

Xəbər sayına görə sıralama:

  1. Qafqaz Universiteti                               1303 xəbər
  2. Bakı Ali Neft Məktəbi                           1197 xəbər
  3. Bakı Dövlət Universiteti                      1172 xəbər
  4. Dövlət İqtisad Universiteti                 661 xəbər
  5. Dövlət Aqrar Universiteti                    621 xəbər
  6. Dövlət Neft və Sənaye Universiteti    495 xəbər
  7. Azərbaycan Dillər Universiteti          479 xəbər
  8. ADA Universiteti                                 444 xəbər
  9. Azərbaycan Texniki Universiteti        401 xəbər
  10. Azərbaycan Tibb Universiteti             383 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1265 xəbər dərc edilib. Bu xəbərlərdən 1241-i neytral, 24-ü isə mənfi xəbərlərdir.

Mənfi xəbərlər Qafqaz Universiteti (22 xəbər – universitetin bağlanması), Bakı Slavyan Universiteti (1 xəbər – universitetdə metamarfoza) və Dövlət İqtisad Universitetinə (1 xəbər – rüşvət qalmaqalı) məxsusdur.

İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                                   169 xəbər
  2. Bakı Ali Neft Məktəbi                                        123 xəbər
  3. Qafqaz Universiteti                                            91 xəbər
  4. Dövlət İqtisad Universiteti                               85 xəbər
  5. Bakı Slavyan Universiteti                                 75 xəbər
  6. Dövlət Aqrar Universiteti                                 68 xəbər
  7. Azərbaycan Tibb Universiteti                          60 xəbər
  8. Moskva Dövlət Universitetinin Bakı filialı    56 xəbər
  9. Azərbaycan Texniki Universiteti                     56 xəbər
  10. Dövlət Neft və Sənaye Universiteti                 55 xəbər

İyul ayında televiziya kanallarında universitetlər haqqında 196 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. Daxili İşlər Nazirliyi Polis Akademiyası                   25 xəbər
  2. Dövlət Neft və Sənaye Universiteti                            24 xəbər
  3. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası      17 xəbər
  4. ADA Universiteti                                                           15 xəbər
  5. Bakı Slavyan Universiteti                                            14 xəbər
  6. Bakı Dövlət Universiteti                                               12 xəbər
  7. Azərbaycan Turizm və Menecment Universiteti     11 xəbər
  8. Dövlət İqtisad Universiteti                                          11 xəbər
  9. Dövlət İdarəçilik Akademiyası                                    9 xəbər
  10. Qafqaz Universiteti                                                        8 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 44 xəbər oxunub.

Xəbər sayına görə sıralama:

  1. Qafqaz Universiteti Məktəbi                                                   13 xəbər
  2. Daxili İşlər Nazirliyi Polis Akademiyası                               9 xəbər
  3. Bakı Ali Neft Məktəbi                                                               7 xəbər
  4. Dövlət İqtisad Universiteti                                                      3 xəbər
  5. Dövlət Neft və Sənaye Universiteti                                         3 xəbər
  6. Azərbaycan Tibb Universiteti                                                  3 xəbər
  7. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi          2 xəbər
  8. Milli Aviasiya Akademiyası                                                     1 xəbər
  9. Azərbaycan Texniki Universiteti                                            1 xəbər
  10. Azərbaycan Dillər Universiteti                                                1 xəbər
Xəbər 872 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR