Qaçaqmalçılıq yolu ilə - Mobil telefonlar gətirildi

Qaçaqmalçılıq yolu ilə   - Mobil telefonlar gətirildi

Qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.


Belə ki, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır. 

Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR