Putinlə Trampın şəkli olan smartfonlar buraxıldı - FOTO

Putinlə Trampın şəkli olan smartfonlar buraxıldı - FOTO

Üzərində Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Trampın şəkilləri olan "Nokia 3310” mobil telefonu satışa çıxarılıb. 

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, Rusiyanın "Caviar” şirkəti əfsanəvi cihazın korpusunu bəzəyib və məhdud seriyada istehsal edib. 

Bu layihənin müəllifləri "G-20” sammiti ərəfəsində "Nokia 3310” telefonuna yeni dizayn veriblər. Belə ki, bu sammit zamanı ABŞ-ın yeni prezidenti ilə Rusiyanın dəyişməz prezidenti ilk dəfə olaraq görüşəcəklər. Putinlə Trampın görüşünün iyulun 7-də Almaniyanın Hamburq şəhərində keçirilməsi planlaşdırılıb. 

Bu hadisənin şərəfinə rusiyalı dizaynerlər telefonun korpusunu titandan istehsal ediblər və onu "Dəməşq poladı” ilə bəzəyiblər. Telefonun arxa qapağında isə Donald Tramp və Vladimir Putinin portretləri çəkilib. Cihazın qiyməti 149 min rubl və ya  2 488 dollar, yaxud 4 232 manat təşkil edir.

Analoji dizaynı "Caviar” şirkətinin əməkdaşları "Apple” şirkətinin istehsalı olan "iPhone” üçün də düzəldiblər. Onun qiyməti isə 184 min rubl, 3 073 dollar və ya 5 225 manat təşkil edəcək. Nüsxələrin sayı məhduddur. 
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR