Putinin mühafizəçisi Çin liderini yıxılmağa qoymadı

Putinin mühafizəçisi Çin liderini yıxılmağa qoymadı

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçilərindən biri Çin Xalq Respublikasının sədri Si Tszinpini səhnədə yıxılmaqdan qoruyub.

Cebhe.info yerli KİV-ə istinadən bildirir ki, insident Peterburqda Beynəlxalq İqtisadi Forumun plenar sessiyasında qeydə alınıb.
İki ölkənin liderləri çıxışlarını başa vurduqdan sonra zalı tərk etmək istəyiblər. Lakin sual vermək istəyən jurnalist və fotoqraflar səhnənin kənarına axışıblar.
Si Tszinpin zaldakılardan bir nəfərin əlini sıxmaq üçün əyilərkən, müvazinətini itirib və büdrəyib. Mühafizəçi cəld tərpənərək onu xilas edib.
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR