Putin Suriya və Qafqazdakı generallarını dəyişdi

Putin Suriya və Qafqazdakı generallarını dəyişdi

Rusiyanın Suriyadakı kontingentinə yeni rəhbər göndərilib.

Aktual.az axar.az-a istinadən bildirir ki, yeni rəhbər general-leytenant Aleksandr Juravlyov olub. O, bu vəzifədə general-leytenant Aleksandr Dvornikovu əvəz edib.
 
Qeyd edək ki, Juravlyov bundan öncə Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisi olub. 2008-ci ildə Gürcüstana hücum edən Rusiyanın 58-ci ordusunun Baş Qərargah rəisi də məhz Juravlyov idi.
 
Rusiyanın Suriyaya müdaxilə etdiyi ilk gündən etibarən buradakı rus qoşunlarına Dvornikov rəhbərlik edib. O, bir müddət öncə Suriyadakı qoşunların rəhbərliyindən azad edilib. General hazırda Cənub Hərbi Dairəsinin komandanıdır. 

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR