“Putin lider yox, diktatordur” - Sərt ittihamlar

“Putin lider yox, diktatordur”   - Sərt ittihamlar
  • DÜNYA

Demokratlar partiyasından ABŞ vitse-prezidentliyinə namizəd Tim Keyn Rusiya prezidenti Vladimir Putini “diktator” adlandırıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Keyn respublikaçılardan olan rəqibi Maykl Penslə debatı zamanı bəhs edib. Jurnalistin “ABŞ və Rusiya arasındakı münasibətlərin pozulmasına nə səbəb oldu?” sualının cavabında Keyn Putinin adını çəkib. Həmçinin əlavə edib ki, Rusiya prezidenti lider yox, diktatordur.

“Əksini deyən hər kəs Rusiya tarixini bilmir və Vladimir Putini tanımır. Hillari Klinton onun kim olduğunu dəqiq bilir”, - deyə Demokratlardan vitse-prezidentliyə namizəd bildirib.

Keyn onu da əlavə edib ki, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp və onun silahdaşı Maykl Pens Putini tərifləyirlər. Maykl isə öz növbəsində buna etiraz edib. Baxmayaraq ki, respublikaçıların namizədi bundan öncə Putinin Rusiyadakı liderliyinin ABŞ prezidenti Barak Obamanın öz ölkəsindəki liderliyindən daha güclü olduğunu qeyd etmişdi.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR