Putin 8 generalı vəzifəsindən qovdu

Putin 8 generalı vəzifəsindən qovdu

Rusiya prezidenti Vladimir Putin 8 generalı istefaya göndərib.

Publika.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Vladimir Putin Daxişi İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Federal Penitensiar Xidmətin 8 generalının vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Məlumata görə, işdən çıxarılan generalların yerinə yeni təyinatlar olub.

İstefaya göndərilən generallar:

1. DİN-in Baş Nəqaliyyat İdarəsi rəisinin müavini, polis general-mayoru Andrey Andreyev.

2. DİN-in Nəzarət-Yoxlama İdarəsinin rəisi, general-mayor Yevgeni Barikayev.

3. FHN-in Sverdlovsk üzrə baş idarəsinin rəisi, general-mayor Andrey Zelenskiy.

4. DİN-in Kamerov ərazisi üzrə Baş idarəsinin rəisi, polis general-leytenantı Yuri Larionov.

5. Tıva Respublikasının daxili işlər naziri, plis general-mayoru Aleksandr Lobanov.

6. Federal Penitensiar Xidmətin Rostov ərazisi üzrə baş idarəsinin rəisi, general-leytenant Serqey Smirnov.

7. DİN-in Kamerov ərazisi üzrə baş idarəsinin rəis müavini, istintaq idarəsinin müdiri general-mayor Vladimir Şepelin

8. DİN-in İstintaq departamenti rəisinin birinci müavini, general-leytenant Yuri Şin.
 
Aktual.az
Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR