Prezidentin təriflədiyi şirkətin rəhbəri Kərimov niyə istefa verdi?

Prezidentin təriflədiyi şirkətin rəhbəri Kərimov niyə istefa verdi?

Həmzə Kərimov 16 illik fəaliyyətindən sonra "SOCAR Petroleum SA” şirkətinin baş direktoru vəzifəsini tərk edir.
 
Bu barədə Türkiyə mətbuatı gazetebalkan.ro saytı və Rumınıya mətbuatı məlumat yayıb.
 
Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama Kərimovun sosial media hesabında da paylaşılıb. Açıqlamada bu ifadələr yer alıb:
 
"Bildirmək istəyirəm ki, 16 illik fəaliyyətimdən sonra 2024-cü ilin yanvar ayından etibarən "SOCAR Petroleum SA” şirkətinin baş direktoru vəzifəsindən ayrılmaq qərarına gəldim. Mən şirkəti 2007-ci ildə Rumıniyada qurdum və onu 70 milyon avrodan çox investisiya səviyyəsinə, 74 yanacaqdoldurma məntəqəsinə, 750 nəfərlik böyük ailəyə və 500 milyon avrodan çox dövriyyəyə çatdırdım və 200 milyon avrodan çox vergi ödədim Rumıniya dövlət büdcəsinə. Mən bununla fəxr edirəm. Rumıniyadakı komandama və SOCAR Qrupunun rəhbərliyinə göstərdikləri dəstəyə görə ürəkdən təşəkkür edirəm."
 
Rumıniyanı ikinci ölkəsi sayan Həmzə Kərimov elə bu ölkədə yaşayacağını, gənc iş adamlaranın yanında olacağını və yığdığı təcrübəsini Azərbaycan üçün həmişə istifadə edədcəyini bildirib:
 
"Şəxsi sahədə və ailəmlə birlikdə peşəkar yolumu davam etdirməyə ehtiyac duyuram. Mənim və ailəm üçün gözəl və dəyərli ölkə olan ikinci ölkəm Rumıniyada qalacağam. Gənc iş adamlarının yanında olacağam və mənim peşəkar təcrübəmə ehtiyacı olsa, onlarla məsləhətləşəcəm. Qış tətili münasibəti ilə sizi Yeni iliniz və Milad bayramınız münasibətilə təbrik edirəm”. SOCAR Petroleum Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olan Azərbaycan milli neft şirkətinin Rumıniyadakı törəmə şirkətidir. Şirkətin Rumıniyada 74 stansiya şəbəkəsi var və Teiuş, Oneşti, Konstanta və Ploieştidə dörd anbar fəaliyyət göstərir. SOCAR illik 1 milyard kubmetr qaz idxalında ROMGAZ-ın tərəfdaşıdır və Rumıniya ehtiyac yarandıqda ona müraciət edir."

Marqalıdır, Prezident İlham Əliyevin fəaliyyətini təriflədiyi SOCAR Rumıniyanın direktoru niyə itsefa versin ki?
 
Xatırlayırsınızsa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisinlə geniş tərkibdə görüşəndə SOCAR Rumıniyanın fəaliyyətini belə qiymətləndirmişdi:
 
"Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur.
 
Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir. 70 dən çox yanacaqdoldurma statnsiyası və bir neçə yanacaq deposu var. SOCAR-ın Rumınıyada artıq fəaliyyətinin çox gözəl tarixçəsi vardır. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Və Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir"
 
İnternet üzərindən axtarış verərkən SOCAR-ın xarici ölkələrdə fəaliyyət göstərən bürolarında yeganə SOCAR Rumıniyanın fəaliyyətidir ki, gəlirlə işləyir və 500 milyon avrodan çox dövriyyəsi var. Bəs, belə bir gəlirlə işləyən şirkətin direktoru niyə istefa verir?
 
Prezident İlham Əliyevin vurğuladığı "SOCAR-ın Rumınıyada artıq fəaliyyətinin çox gözəl tarixçəsi vardır" deyimindən belə çıxır ki, şəxsən cənab Prezidentin qayğısı və diqqəti nəticəsində bu şirkət başqa dövlətlərdə olan SOCAR-ın yanacaqdoldurma məntəqələrindən fəqrqlənir.

Rumıniyadakı komandasına və SOCAR şirkətinin rəhbərliyinə göstərdikləri dəstəyə görə ürəkdən təşəkkürünü bildirən şirkət direktorunun istefa verməsinin səbəbi SOCAR rəhbərliyi ilə bağlı deyil: Əgər belə olmasaydı, Həmzə Kərimov şəxsi hesabında çalışdığı şirkətin rəhbərliyinə təşəkkür etməzdi, ən azından incikliyini bürüzə verərdi. Lakin SOCAR şirkətinin rəhbərliyini də, Türkiyə və Rumıniya mətbuatını da düşünüdürən bir suaı var:
 
Prezident İlham Əliyevin Rumıniya prezidenti və o dövlətin digər rəsmiləri, deputatları ilə görüşüşündə fəxrlə səsləndirdiyi, razılığını bildirdiyi, fəailiyyətini müsbət dəyərləndirdiyi SOCAR Rumıniyanın direktoru niyə istefa verib?
 
SOCAR Rumıniyanın direktoru Həmzə Kərimovun niyə istefa verməsinin səbəblərini özündən soruşmaq istəsək də, cəhdlərimiz nəticə vermədi.
 
Əldə etdiyimiz telefonuna zəng etsək də, telefon zənglərimizə cavab vermədi.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR