Prezidentin bu videosunu qürur hissi ilə izlədim - VHP sədri

Prezidentin bu videosunu qürur hissi ilə izlədim - VHP sədri

Mən və ailəm seçkidə iştirak etdik, Nərimanov rayonu ərazisində olan seçki məntəqəsində səs verdik, seçicilər və müşahidəçilərlə də görüşüb, söhbətləşmək fürsətimiz oldu.
Aktual.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün keçirilən prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən deyib.
"Seçici fəallığı çox yüksəkdir. Müşahidəçi və seçki komissiyası üzvləri seçkinin şəffaf və qanunvericilik çərçivəsində keçirilməsinə nəzarət edir. Bugünkü seçkinin ən gözəl tərəflərindən biri də işğaldan azad olunan bütün bölgələrimizdə səsvermə məntəqələrinin yaradılmasıdır. Bu gün Prezidentimizin və ailəsinin Xankəndidə səs verməsi videosunu qürur hissi ilə izlədim. Xankəndidə Azərbaycan Prezidentinin səs verməsi 35 ilin ən böyük hadisələrindən biridir”.
VHP sədri əlavə edib ki, partiya üzvləri həm seçki komissiyalarında təmsil olunur, həm də müşahidəçi kimi seçkiləri izləyirlər:
"Respublikanın demək olar ki, bütün bölgələrində bizim nümayəndələrimiz və müşahidəçilərimiz var. Seçkinin heç bir narahatlıq olmadan keçdiyini əminliklə deyə bilərik”.
Xəbər 146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR