Prezident təqaüdçülərinin təhsil aldıqları ali məktəblərin adları açıqlanıb - SİYAHI

Prezident təqaüdçülərinin təhsil aldıqları ali məktəblərin adları açıqlanıb - SİYAHI

 2018/2019-cu tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncama əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Prezident təqaüdünə layiq görülən tələbələrin ali məktəblər üzrə sayı məlum olub.


Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 tələbə Ali Məktəbin (BANM) tələbəsi olub. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.

Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.

Ali Məktəbin adı nəfər
1 Bakı Ali Neft Məktəbi 26
2 Azərbaycan Tibb Universiteti 24
3 Azərbaycan Dövlət İqtisad Universiteti 18
4 Bakı Dövlət Universiteti 12
5 ADA Universiteti 11
6 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 8
7 Polis Akademiyası 1
8 Naxçıvan Dövlət Universiteti 1
9 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - UFAZ 1

Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.

 
Aktual.az
Xəbər 158 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR