Prezident: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır”

Prezident:

"Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşkanı - Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında salamlayırıq. Fürsətdən istifadə edərək əziz qardaşımı Şuşada Qarabağda bütün Azərbaycan xalqı adından salamlamaq istəyirəm”.

Aktual.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı Türkiyə Prezidentinin Azərbaycanda dəfələrlə olduğunu bildirib: "Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz birlikdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgə bəyannamə, müttəfiqlik haqqında bəyannamə, əlaqələrimizi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR