Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür

Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür

Prezident İlham Əliyevin Hacıqabula səfəri və orada görülən işlərlə tanışlığı ilk növbədə regionların inkişafına olan diqqətin əyani təzahürüdür. Eyni zamanda, xüsusi vurğu ilə qeyd etmək istəyirəm ki, Hacıqabul da daxil, bütün zonalarda aydın nəzərəçarpan yüksəliş məhz dövlət başçısının yürütdüyü düzgün və məqsədyönlü siyasətlə bağlıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, məlumdur ki, Hacıqabul camaatının çox böyük intizarla gözlədiyi hadisələrdən biri "Hacıqabul-Muğan” magistral yolunun açılması idi: "Həmin yol yenidən quruldu və istifadəyə verildi. Həm də çox qısa müddətdə. Ona görə insanların bu haqda olduqca sevincli danışması, onların arzuladığı yola qovuşması kənardan da son dərəcə pozitiv təəssürat yaradırdı. Bir az daha geniş kontekstdə isə qeyd etmək istədiyim budur ki, ümumiyyətlə ölkə ərazisində yol infrastrukturu ilə bağlı atılan bütün addımlar mükəmməldir. Yol siyasəti tam qaneedicidir və bu nüans ölkənin inkişafı üçün çox vacib məqamdır.

Cənab Prezident Hacıqabulda fermer Elşən Xəlilovun pambıq sahəsində oldu, orada toxum səpini prosesini izlədi, insanlarla canlı təmas qurdu, öz bilgilərini bölüşdü, məsləhətlərini verdi.

Bilirsiniz ki, pambıqçılığın inkişafına dair 2017-2022-ci illəri nəzərdə tutan Dövlət Proqramı var. Cənab Prezident pambıq sahələrinə şəxsən baş çəkməklə həm də həmin proqramın gedişatını, ümumi prosesi izləyirdi.

Eyni zamanda, Hacıqabulda "Qarasu” yarımstansiyası fəaliyyətə başladı. Dünən də "Maştağa” və "Hövsan” yarımstansiyaları istismara verildi. Bütün bunlar isə enerji təminatında, enerji sektorunda olan inkişafı və düzgün strategiyanı şərtləndirən, səciyyələndirən nüanslardır.

Düşünürəm ki, cənab Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsidir. Hacıqabul səfəri də eyniadlı kontekstdə qiymətləndirilməli və Hacıqabulun gələcək uğurlarının təməli kimi dəyərləndirilməlidir”.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR