Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb

Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Aktual.az xəbər verir ki, görüşdə Vu Mançin "CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini, bu sahədə Azərbaycanla əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğulayıb, əlaqələrin inkişaf etdiyini bildirib.
Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev deyib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR