Prezident İlham Əliyev Pakistanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Pakistanın yeni prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb.


Hörmətli cənab Alvi,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.

İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR