Polşa mətbuatı Mahirdən yazdı: “Əla oyun göstərdi“

Polşa mətbuatı Mahirdən yazdı: “Əla oyun göstərdi“

Polşa mətbuatı millimizin futbolçusu Mahir Emrelinin "Legiya” - "Budyo-Qlimt" (Norveç) matçındakı oyununa qiymət verib.

Aktual.az xəbər verir ki, ÇL-in 1-ci təsnifat mərhələsinin bu cavab görüşündə (2:0) Emreli 83-cü dəqiqə meydanda olub, 40-cı dəqiqədə isə komandanın ilk qolunun ötürməsini edib. Məlum olduğu kimi, birinci oyunda isə futbolçumuz 2 qol vurmuşdu.

Cavab görüşündə Mahirin sərgilədiyi oyuna "TVP Sport” 10 ballıq sistemlə 7 bal qiymət verib. "Lukinyasla ("Legiya”nın braziliyalı futbolçusu – red.) yanaşı ilk matçdakı kimi ən yaxşı Emreli idi. O, əla oyun göstərdi, həmçinin rəqib qapısı yaxınlığında topu yaxşı saxlaya bilirdi. Məhz Mahir Lukinyasa ilk qolun ötürməsini etdi”.

"przegladsportowy.pl” saytı isə yazıb: "Legionerlər ilk hissənin sonlarında öz cərimə meydançalarından rəqibin cərimə meydançasına daxil ola bildilər. Birinci oyunun qəhrəmanlarından olan Mahir Emreli Lukinyasa əla ötürmə etdi, o isə rəqib oyunçularını keçərək qol vurdu”. Sayt yazır ki, Emreli dünənki oyunda da hücumda komandasının vacib fiqurlarından idi: "Azərbaycan təmsilçisi sübut edir ki, təkcə hücumçu kimi qiymətli deyil, həm də topu özündə yaxşı saxlaya və dəqiq ötürmələr edə bilir”.

Qeyd edək ki, Mahirin komandası "Legiya" "Budyo-Qlimt"ə hər iki matçda qalib gəlməklə (3:1, 2:0) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib. Komanda bu raundda Estoniyanın "Flora" klubu ilə qarşılaşacaq.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR