Polisin idarə etdiyi maşın qəzaya düşərək yandı - Göygöldə

Polisin idarə etdiyi maşın qəzaya düşərək yandı   - Göygöldə

Azərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Göygöl rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini Ceyhun Süleymanovun idarə etdiyi VAZ-21099 markalı avtomobil Daşkəsən rayon sakini Fidayıl Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəzadan sonra “Niva” markalı avtomaşın yanıb.

Hadisə nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Niva” markalı avtomaşının sürücüsü Fidayıl Ələsgərov polis əməkdaşıdır.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR