Polisi şantaj edən qadın həbs edildi

Polisi şantaj edən qadın həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Aktual.az APA-ya istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, V. Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V. Dadaşova onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyiblər.
Dövlət ittihamçısı Fərid Nağıyev də məhkəmədən V. Dadaşova barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, V. Dadaşova barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, zərərçəkmiş şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir.



Aktual.az 
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR