İran Prezidenti Məsud Pezeşkian Avstraliyadan sığınacaq istəyən iki iranlı qadın futbolçunu aldadılmış adlandırıb və onların İrana qayıtmalarını istəyib.
Aktual.az xəbər verir ki, Pezeşkian bu barədə İdman və Gənclər Nazirliyində çıxışında danışıb.
"Geri qayıdacaqları təqdirdə həmin futbolçular İranın açıq qucağı ilə qarşılanacaqlar. Hamımız bu torpaqdan və sudan olan iranlıyıq və ölkənin bölünməsinə, zəifləməsinə yol verilməməlidir”, - prezident vurğulayıb.
Qeyd edək ki, 2026-cı il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliyaya səfər edən İranın qadınlardan ibarət futbol komandasının bəzi üzvləri ölkəyə qayıtmaqdan imtina etmişdilər.
Xəbər 72 dəfə oxunub.