Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
  • DÜNYA

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə parlamentinin spikeri postunu hökumətdəki 1-ci müavini Ararat Mirzoyana həvalə etmək istəyir.

Aktual.az modern.az-a istinadən xəbər verir ki, o, baş nazirin 1-ci müavini postuna Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı gətirmək niyyətindədir.

"Artur Vanetsyanın "Mənim addımım" bloku ilə münasibətləri kifayət qədər istidir. Buna görə o, baş nazirin 1-ci müavini postuna təyinat alacaq. Vanetsyan baş nazirin 1-ci müavini seçiləndən sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru postuna Respublika Partiyası ilə bütün körpüləri yandıran Feliks Tsolakyan gətiriləcək".
 
Aktual.az
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR