Paşinyan: “Ermənistan Praqa razılaşmaları əsasında Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

Paşinyan: “Ermənistan Praqa razılaşmaları əsasında Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, rəsmi İrəvan Praqa razılaşmaları əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.
Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, baş nazir qeyd edib ki, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu problemlərin sülh yolu ilə həll yoludur.
Paşinyan qeyd edib ki, Ermənistan aktiv beynəlxalq siyasət yürütməli və sülh gündəmindən əl çəkməməlidir.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüş keçirilib.
Nəticədə, Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədikləri bəyanat qəbul edilib.

Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR