Parlament “Siyasi partiyalar haqqında” qanunu qəbul etdi

Parlament “Siyasi partiyalar haqqında” qanunu qəbul etdi

Milli Məclisin iclasında "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Qanun layihəsinin hazırlanmasında və təqdimatında yaxından iştirak etmiş vitse-spiker, komitə sədri Fəzail İbrahimli layihə barədə məlumat verdi.
Deputat bildirdi ki, sözügedən qanun layihəsi parlamentdə ən çox müzakirə olunan qanun layihəsidir. Layihənin Azərbaycanın demokratikləşməsi prosesinə töhfə verəcəyini deyən F.İbrahimli neqativ fikirlərin heç bir əsasının olmadığını qeyd etdi.
Birinci vitse-spiker Əli Hüseynli və komitə sədri Zahid Oruc da qanun layihəsi ilə bağlı fikirlərini bildrirdilər. Deputat Sabir Rüstəmxanlı parlamentdəki müxalifət partiyalarından birinin sədri kimi söz alaraq layihə haqda yüksək fikirlər söylədi. Komitə sədri Siyavuş Novruzov da qanun layihəsini "yekdil” adlandırdı, eyni zamanda dedi ki, bu, Quran ayəsi də deyil, zaman-zaman zamanın tələblərinə uyğun olaraq dəyişikliklər ediləcək: "İndiyədək çox qanunlar qəbul etmişik. Amma "İlin qanunu” məhz "Siyasi partiyalar haqqında” Qanun olacaq”.
Bundan sonra spiker Sahibə Qafarova qanun layihəsini son oxunuşda səsverməyə çıxartdı. 1 nəfər əleyhinə olmaqla, qanun layihəsi qəbul edildi.(musavat)


Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR