Pan Gi Munun Cənubi Qafqaza səfəri təxirə salındı

Pan Gi Munun Cənubi Qafqaza səfəri təxirə salındı

BMT baş katibi Pan Gi Munun aprelin sonunda Cənubi Qafqaz regionuna planlaşdırılan səfəri təxirə salınıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə News.am-a BMT-nin İrəvan ofisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armine Xalacyan Baş katibin mətbuat katibi Stefan Cüjarrikə istinadən bildirib.

“Stefan Cüjarrikin bildirdiyinə görə, Baş katib regiona gəlməyi çox istəsə də, təcili səbəblərlə əlaqədar bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin tarixinə yenidən baxılacaq”, - deyə bildirilib.

Qeyd edək ki, Pan Gi Munun səfər çərçivəsində Gürcüstan, Ermənistanda olacağı, Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci forumunda iştirak edəcəyi gözlənilirdi.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR