Pakistanda seçki günü terror aktı törədilib, 22 nəfər ölüb

Pakistanda seçki günü terror aktı törədilib, 22 nəfər ölüb

Pakistanın Kvetta şəhərində partlayış nəticəsində 22 nəfər ölüb, 30 nəfər yaralanıb.
 
APA-nın "Geo TV”  telekanalına istinadən verdiyi xəbərə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
 
O, seçki məntəqələrindən birində terror aktı törətməyi planlaşdırıbmış. Binaya daxil olan zaman polis əməkdaşları tərəfindən saxlanılan terrorçu üstündəki partlayıcı qurğunu işə salıb.
 
Qeyd edək ki, bu gün Pakistanda parlamentin aşağı palatasına, eyni zamanda ölkənin regional qanunvericilik orqanlarına seçkilər keçirilir.
 
Aktual.az
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR