Overçuk Paşinyanla yolların açılmasını müzakirə etdi

Overçuk Paşinyanla yolların açılmasını müzakirə etdi

Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın hökuməti məlumat yayıb.
Məlumata görə, görüşdə Baş nazirin müavini Mger Qriqoryan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib:
"Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində Ermənistan-Rusiya münasibətlərinin cari məsələləri, həmçinin Aİİ formatında qarşılıqlı fəaliyyətlə bağlı mövzular müzakirə edilib. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması imkanlarına toxunulub”.
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR