Oksana Namiq Qaraçuxurlunu sevir - Namiq: "Mən istəmədim"

Oksana Namiq Qaraçuxurlunu sevir  - Namiq:

Meyxanaçı Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulova ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Aktual.az bildirir ki, axşam.az-a açıqlama verən sənətçi uzun müddətdir danışmadıqlarını etiraf edib:

"Oksana xanımın xətrini çox istəyirəm, gözəl dostumdur. Bizim ünsiyyətimiz lazımsız söz-söhbətlərə səbəb olurdu. Buna görə də bacardığımız qədər uzaq olmağa çalışdıq. Düşünün, bu şayiələr nə dərəcədə böyük idi ki, biz dostluğu bitirdik. Mənim üçün belə şayiələrin əhəmiyyəti yoxdur. Amma Oksana xanımdır, gələcəyi var idi. İstəmədim, onun adına söz yayılsın. Uzun müddətdir, əlaqəmiz yoxdur. Haradasa qarşılaşsam, salamlaşaram, film təqdimatına dəvət etsə, gələrəm".

Bu yaxınlarda Çindən qayıdan N.Qaraçuxurlu səyahətlərdə pul xərcləmədiyini, səfərləri dostlarının ona hədiyyə etdiyini bildirib. Meyxanaçı Novruz bayramı ərəfəsində Almaniyada konsert verəcəyini də bildirib.

Qeyd edək ki, bir vaxtlar Namiqlə Oksananın sevgili olmaları xəbəri yayılmışdı.

// Aktual.az

Xəbər 16865 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR