“O qədər azğınlaşıblar ki…” – Deputatdan hadisə kimi açıqlama!

“O qədər azğınlaşıblar ki…” – Deputatdan hadisə kimi açıqlama!


"AXCP sədri Əli Kərimli və onun nəzarətində olan "Azadlıq” qəzeti özünü yenə "axırıncı yola” qoyub. Yenə adətlərinə uyğun olaraq binamusluq, şərəfsizlik, vicdansızlıq edirlər. Yenə içləri yanır, hisslərini, aqressiyalarını, məkrlərini gizlədə bilmirlər. Bunlar o qədər azğınlaşıblar ki, hətta ABŞ Prezidenti Baydenin İlham Əliyevə yazdığı təbrik məktubunun mətnini belə kontekstdən çıxarmağa, başqa cür təqdim etməyə, fikir azdırmağa çalışırlar. "
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Halbuki həmin məktubda yalnız və yalnız xoş fikirlər səslənib, əməkdaşlıq planları haqda danışılıb, Azərbaycana, onun dövlət başçısına hörmət və ehtiram ifadə olunub. Amma görün, bu yaramaz Əli Kərimli və onun mirzələri həmin məktubun mətnini hansı formada təqdim eləməyə, insanlara çatdırmağa çalışırlar.

İyrənc gədələr! Düşüklər! Namərdlər! Utanıb, yerə girin! Gör özünüzü nə hala salmısız, gör səviyyəsizliyin hansı mərhələsinə qədər enmisiz.  

Əvvəllər sizi plintusla müqayisə edirdik. Amma inanın, indi elə bir yerdəsiz ki, artıq həmin plintus belə yanınızda dağ kimi, qaya kimi görünür. ” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR