Nikol rus ordusunu çıxardır: İrəvana bu ölkənin qüvvələri gəlir

Nikol rus ordusunu çıxardır: İrəvana bu ölkənin qüvvələri gəlir

2024-cü ilin sonuna qədər - ən mənfi ssenari reallaşarsa - İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər, eyni zamanda Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir.
Aktual.az  xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər:
"Paşinyanın "Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” kimi məlum bəyanatlarına gəlincə, bu, sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir, İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir”.
Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR