Neft ixrac edən ölkələrdə benzin bahalaşır

Neft ixrac edən ölkələrdə benzin bahalaşır

Səudiyyə Ərəbistanı noyabr ayından gec olmayaraq, benzin və aviasiya yanacağına subsidiyaları aradan qaldırmaq planlarını müzakirə edir. 

Aktual.az Report-a istinadən xəbər verir ki, əgər belə olarsa, Səudiyyə Ərəbistanında 91 oktanlı benzinin 1 litrinin qiyməti 80% artaraq, 1,35 riala (0,36 dollar) yüksələcək.
Dünyanın ən böyük neft ixrac edən ölkəsində neft qiymətlərinin kəskin düşməsi fonunda dövlət xərclərinin azaldılması proqramı həyata keçirilir. Bunun üçün də hökumət ölkədaxili benzin qiymətlərini beynəlxalq bazardakı qiymətlərə uyğunlaşdırmaq istəyir. Digər enerji daşıyıcılarının qiymətində artım 2018-ci ilin əvvəlinə qədər təxirə salınıb.
 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR