Neft 85 dollaradək bahalaşa bilər

Neft 85 dollaradək bahalaşa bilər


Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.

Aktual.az "APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,14% azalaraq 51,49 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,30% artaraq 57,58 dollar olub.
 
"S&P Dow Jones"un departament rəhbəri Codi Qunzberq CNBC telekanalına müsahibəsində bildirib ki, son həftələr ərzində neftin qiymətində müşahidə olunan artım tendensiyası davam edəcək. Onun fikrincə, nəhayət bazarda "real balanslaşma" başlanıb. C. Qunzberqin proqnozuna əsasən, təklif defisitlə üzləşərsə, neftin qiyməti 80, hətta 85 dollaradək yüksələ bilər. "Qiymət artımı anidən baş verməyəcək. Onun dəstəyə ehtiyacı var", - deyə o vurğulayıb.


Aktual.az 
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR