Neft 2045-ci ilə qədər dünyada ən tələb olunan yanacaq növü olacaq

Neft 2045-ci ilə qədər dünyada ən tələb olunan yanacaq növü olacaq

Neftin dünya istehlakında payı azalmağa başlasa da, 2045-ci ilə qədər ən tələb olunan yanacaq növü olaraq qalacaq.
Bu barədə Aktual.az OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) "World Oil Outlook” (WOO) adlı illik hesabatına istinadən xəbər verir.
Təşkilatın proqnozuna görə, neftin qlobal enerji balansında payı 2045-ci ilə qədər indiki 31%-dən 29%-ə qədər azalacaq, eyni zamanda o, ən tələb olunan yanacaq növü olaraq qalacaq.
Ümumilikdə, OPEC ekspertlərinin gözlədiyi kimi, neft və qaz enerji istehlakının 50%-dən çoxunu təşkil edəcək.
Hesabatda qeyd olunur ki, bazarın qısamüddətli təhrifinə baxmayaraq, qaza tələbat kömür və biokütlənin əvəzlənməsi hesabına artacaq. "2030-cu ilə qədər qaz kömürü əvəz edəcək və enerji balansında ən çox istehlak edilən ikinci yanacaq növü olacaq", - hesabatda vurğulanır.


Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR