Nazpəri şəxsi həyatında dəhşətli sirrin üstünü açdı

Nazpəri şəxsi həyatında dəhşətli sirrin üstünü açdı

Xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb.

Aktual.az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olan xalq artisti ilk dəfə həyat yoldaşından boşanma səbəbini açıqlayıb:

"Hər şey onun bircə səhvinin ucbatından oldu. Yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi, amma mən bağışlamadım. Bilirsənmi necə, hər şey sübut olunduğu gün ki mən onu bağışlamayacam, onun ağlına belə gəlməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm. Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamaram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik. Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdır".

Aktual.az

Xəbər 5789 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR