Nazirlik: Turistlər ölkəmizdə rahat və təhlükəsiz şəraitdə istirahət edə bilərlər

Nazirlik: Turistlər ölkəmizdə rahat və təhlükəsiz şəraitdə istirahət edə bilərlər

“Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var və turistlərin sayının artırılması üçün həm nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir:

“İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur. Ölkəmizdə olan mövcud potensial, həyata keçirilən layihələr, görülən işlər Azərbaycanın turizm sahəsinin günü-gündən inkişafını təmin edərək, tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəyinə əminlik yaradır. Son illər ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əldə olunan gəlirlər də bunu deməyə əsas verir. Bu tendensiya 2016-cı ildə də davam edir. Bu ilin əvvəlindən başlayaraq, xüsusi ilə də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunub”.

Nazirlik rəsmisi əlavə edib ki, qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR