Nazirlik qanunsuz balıq ovu ilə bağlı reydlərə başladı

Nazirlik qanunsuz balıq ovu ilə bağlı reydlərə başladı

Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq qanunsuz balıq ovu və satışı ilə bağlı anoloji hallar hələ də yaşanmaqdadır.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məhz bu məqsədlə su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb.
Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Bununla əlaqədar Nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.

Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR