Nazirdən şagirdlər üçün ciddi addım

Nazirdən şagirdlər üçün  ciddi addım

Yaxın vaxtlarda yuxarı sinif şagirdləri narkotestdən keçiriləcəklər.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə yuxarı sinif şagirdlərinin narkotestdən keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva açıqlamasında məktəblərin yuxarı siniflərində şagirdlər arasında narkotiklərin yüngül növündən istifadə edənlərin olduğunu bildirmişdi.

Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib. Narkoloji nəzarət sahəsində həyata keçirilən tədbirlər “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikanın Qanunu ilə tənzimlənir.

Xatırladaq k, Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək. Bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR