Nazir: “Yoluxmalar artsa, siniflər bağlana bilər”

Nazir: “Yoluxmalar artsa, siniflər bağlana bilər”

Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Aktual.az xəbər verir ki, o bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.

"Artıq 2 il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur".
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR