Nazir xaricdə təhsil məsələsinə aydınlıq gətirdi

Nazir xaricdə təhsil məsələsinə aydınlıq gətirdi

Namizədlər xaricdə təhsil üzrə yeni dövlət proqramı çərçivəsində bakalavr təhsili almaq üçün xaricə yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmadıqda) göndərilə bilər. Çünki Azərbacanda bu sahədə bir çox irəliləyişlər əldə olunub.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə "Xaricdə təhsili üzrə birinci Dövlət Proqramın"ın (2007-2015) həyata keçirildiyi müddətdə 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib. Nazir qeyd edib ki, proqramın icrası keçən il sona çatıb. Proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur.

Onun dediyinə görə, birinci proqram tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr təhsil pilləsinə göndərilirdi: "Gələcəkdə tətbiq olunması əsas yanaşmalardan biri yeni proqramın fokusunun iki istiqamətdə dəyişdirilməsidir. Buraya bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsil almağa göndərilən, artıq müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlüklərin verilməsi aiddir. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərində xaricdən professor və müəllimlərin cəlb edilməsi məsələsi olacaq. Strateji məqsəd öz milli təhsil sistemimizin ənənələrinə əsaslanaraq onu sürətli şəkildə müasirləşdirmək və dəyişiklikləri mümkün qədər qısa müddətdə rəqabətli etməkdir".

Nazir hesab edir ki, ali təhsilimiz beynəlmiləşmə prosesindən geridə qalmamalıdır: "Burada söhbət proqramın ləğvindən deyil, onun daha müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə resurslarından daha faydalı istifadə etməkdən gedir. Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır, bu strateji dəyişikliklərdir. Bununla bağlı aidiyyəti hökumət qurumları ilə razılaşdırılmalar və son yekun sənədlərin hazırlanmasını tələb edir. Proqram xaricdə təhsil almaq üçün yeganə alət deyil. Çünki Azərbaycanın bir çox xarici ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Dövlət xətti ilə tələbələr həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilir. Bu il də həmin praktika davam etdiriləcək".

M.Cabbarov əlavə edib ki, bu gün Dövlət Neft Fondu xaricdə təhsil proqramı ilə təhsil alan 1500-dən çox tələbəmizin ödənişlərini vaxtı-vaxtında ödəyir: "Bu nöqteyi-nəzərdən heç bir problem və çətinlik yoxdur. Əlavə mənbələr hər zaman ola bilər. Belə hal istisna deyil. Mənbələri müzakirə etməkdən daha çox proqramın dizaynını müzakirə edirik".

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR