"Şuşada konservatoriyanın bərpası təkliflər içərisindədir. Biz bununla bağlı müzakirələr aparırıq".
Aktual.az-ın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
"Bildiyiniz kimi, mədəniyyət paytaxtımız olan Şuşada konservatoriyanın filialı olub. Hazırda Şuşa ilə bağlı baş plan hazırlanmaqdadır. Həmin planda ordakı mədəniyyət müəssisələrimizin bərpa edilməsi də nəzərdə tutulur. Konservatoriyanın bərpası ilə bağlı danışıqlar gedir, konsepsiya hazırlanır", - nazir bildirib.
Xəbər 1031 dəfə oxunub.