Nazir: “Müəllimlərin maaşı artırılacaq”

Nazir: “Müəllimlərin maaşı artırılacaq”

“Azərbaycanda artıq 20 faiz müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib”.


Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanın 3 böyük şəhəri və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir: “Əgər işlər qaydasında getsə, 2016-cı ilin yanvar ayından etibarən təxminən 40 faiz müəllimin əmək haqlarının artırılması planlaşdırılır”.

Təhsil naziri əlavə edib ki, bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunan 188 nəfər tələbə 500-dən çox bal toplayıb: “Qeyd edim ki, əvvəl 19 nəfər 500-dən çox bal toplamışdı. Habelə, işə qəbulla bağlı əvvəlki illərdə 17 min nəfər müraciət etmişdisə, bu il işə qəbulla bağlı 24 min nəfər müraciət edib. Bu isə 2 ilə müəllimlik peşəsinə marağın 41 faiz artdığını göstərir”.

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR