Nazir müavini: "SOCAR Polymer" qeyri-neft sektorunda ən böyük layihədir"

Nazir müavini:

"SOCAR Polymer" Azərbaycanda son illər qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə, dəyər zəncirinin qurulması üçün "SOCAR Polymer" əhəmiyyətli müəssisədir:
"SOCAR Polymer" in ətrafında klasterlər yaradılması planlaşdırılır və yerli müəssisələr "SOCAR Polymer"in məhsullarından faydalana bilər".
Nazir müavini sənayenin inkişafından da danışaraq qeyd edib ki, iqtisadiyyatın inkişafında sənayenin rolu müstəsnadır:"Bu ilin I yarısında ölkədə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi isə 9% artıb. Ölkədə hazırda 5 sənaye parkı, 4 sənaye müəssisəsi var".
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR