Nazir müavini: “Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir”

Nazir müavini: “Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir”

"Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xərclərini ödəmir”.
 
Aktual.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
 
Onun sözlərinə görə, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir:
 
"Xərclərin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticə etibarilə, vətəndaşlarımız 60 manat ödəməklə Naxçıvana gedirlər. Lakin çox vaxt AZAL tənqid edilir ki, uçuşlar bu qiymətədir. Halbuki 60-70 manat xərcləri ödəmir”.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR