Nazir işdən çıxarılması xəbərindən danışdı

Nazir işdən çıxarılması xəbərindən danışdı

“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

“Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, - deyə nazir bildirib.

Ə. Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR