Nazir İsaxan Aşurovun oğlunu rəis təyin etdi - ÖZƏL

Nazir İsaxan Aşurovun oğlunu rəis təyin etdi - ÖZƏL

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib. 

Qaynarinfo-nun məlumatına görə, nazirin müavafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub. 

Qeyd edək ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini- qərargah rəisi təyin edilib.
Xəbər 1509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR