2023-2026-cı illər üzrə Naxçıvan Muxtar Respublikasının (NMR) büdcə gəlir və xərcləri məlum olub.
Aktual.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.
Məlumata görə, gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 646,4 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb.
Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4% və ya 93,3 milyon manat artıq müəyyən edilib.
Qeyd edək ki, icmal büdcədə muxtar respublikanın gəlir və xərcləri eyni həcmdə nəzərdə tutulub.(apa)
Xəbər 522 dəfə oxunub.