NATO nümayəndəsi Qarabağ münaqişəsindən danışdı

NATO nümayəndəsi Qarabağ münaqişəsindən  danışdı

"Dağlıq Qarabağ münaqişəsi tərəflərindən hər hansı birinə silah verən ölkə faktiki olaraq münaqişənin davam etməsinə xidmət edir".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfrasında deyib. O xatırladıb ki, NATO münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir: “Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

NATO təmsilçisi Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin NATO-nun məqsədlərinə daxil olmadığını söyləyib: “Əgər Ermənistan, Azərbaycan və digər maraqlı tərəflər istəsələr, bu, müzakirə edilə bilər”.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR