NATO-da Cənubi Qafqaz müzakirə ediləcəkmi?

NATO-da Cənubi Qafqaz müzakirə ediləcəkmi?

Cənubi Qafqaz məsələsi NATO-nun qarşıdan gələn nazirlər görüşünün gündəliyində deyil.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit deyib.
"NATO-nun nazirlər görüşü çərçivəsində Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, bunun gündəliyin formal hissəsi olacağını düşünmürəm. Amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı?" - Smit vurğulayıb.
Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında ikigünlük müşavirə keçirəcəklər.
Xəbər 96 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR