"NATO Ankaraya çevrilişlə bağlı bir məlumat belə vermədi"


Moskva Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı NATO-nun sərgilədiyi mövqeyi tənqid edib.

Aktual.az axar.az-a istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya ZaxarovaTürkiyədəki qanuni hökumətin devrilməsi ilə bölgədəki qeyri-sabitliyin daha da artacağını deyib:
 
"Türkiyədəki çevriliş cəhdi Polşanın paytaxtı Varşavada keçirilən NATO zirvəsindən yalnız bir həftə sonra reallaşdı. NATO birlik üzvünü baş verə biləcək təhlükə barədə xəbərdar etmədi. Ən böyük hərbi təşkilat olan və təhlükəsizlik mövzusunda hər cür imkana sahib olan NATO bir məlumat belə vermədi. Qanuni hökuməti devirmək ssenarisi mənfi istiqamətdə inkişaf etsəydi, bu, həm Türkiyədə faciəyə yol açar, həm də bölgədə daha dərin bir qeyri-sabitlik yaradardı".

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR