"Narıncı inqilablar"ın banisi Putini İŞİD-lə müqayisə etdi


Amerikalı milyarder Corc Soros müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Avropa üçün İŞİD-dən də təhlükəli olduğunu bildirib.

Aktual.az azvision.a-a istinadən xəbər verir ki, Soros Putinin hədəfinin Avropa Birliyini dağıtmaq olduğunu deyib. Onun fikrincə, bunun üçün ən yaxşı vasitə suriyalı miqrantların Avropaya axınıdır.

“Putin bacarıqlı hiyləğərdir, amma o, strateji cəhətən dərin düşünə bilmir. O, Suriyada müharibə etməklə Avropaya miqrant axını genişləndirmək istəyir. Amma, Putinin Suriyaya müdaxiləsi onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin korlanmasına səbəb oldu. Bu, iki tərəfin də mənafeyinə zərər vurur”-deyə milyarder qeyd edib.

// Aktual.az

Xəbər 2903 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR